Azərbaycan iki ölkədən qarğıdalı alışını kəskin artırıb
- 16 may, 2025
- 14:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan 11 milyon ABŞ dolları dəyərində 36 min ton qarğıdalı (o cümlədən toxumluq) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 19 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 7,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çoxdur) 35 134 ton (+20 %), Fransadan 955 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 166 ton (+2,9 dəfə), Türkiyədən 886 min ABŞ dolları dəyərində (-48 %) 403 ton (-27 %), Serbiyadan 858 min ABŞ dolları dəyərində (+8 %) 145 ton (+17 %), Macarıstandan 802 min ABŞ dolları dəyərində (+3 dəfə) 111 ton (+2,5 dəfə) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 85,3 min ton qarğıdalının 97,7 %-i Rusiyanın payına düşüb.