Azərbaycan iki ölkədən pendir idxalını bərpa edib
- 27 dekabr, 2023
- 12:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 21 milyon ABŞ dolları dəyərində 5 min 343 ton pendir idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7,5 %, kəmiyyət olaraq – 6,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan Litvadan 3,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 34 % çoxdur) 708,5 min ton (+29 %), İrandan 3,6 milyon ABŞ dolları dəyərində (+37 %) 1 min 994 ton (+46 %), Almaniyadan 2,7 milyon ABŞ dolları dəyərində (+7,7 %) 511 ton (+0,2 %), Türkiyədən 2,1 milyon ABŞ dolları dəyərində (-33 %) 348 ton (-50 %), Belarusdan 2 milyon ABŞ dolları dəyərində (+4,5 %) 356 ton (-2 %) pendir alıb.
Azərbaycan 10 il 8 aylıq fasilənin ardından Macarıstandan (0,11 min ABŞ dolları dəyərində 0,01 ton) və 3 ilin tamamında İsveçrədən (1,3 min ABŞ dolları dəyərində 0,05 ton) pendir tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (31 ölkədən) idxal edilmiş 25 milyon ABŞ dolları dəyərində pendirin 15,3 %-i Litvanın, 14,2 %-i Türkiyənin, 13,5 %-i Almaniyanın, 12,7 %-i İranın, 10,2 %-i Belarusun payına düşüb.