Azərbaycan iki ölkədən kürü əvəzediciləri idxal etməyə başlayıb

Biznes
  • 08 yanvar, 2024
  • 11:16
Azərbaycan iki ölkədən kürü əvəzediciləri idxal etməyə başlayıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 474 min ABŞ dolları dəyərində 35,7 ton balıq kürüsünün əvəzediciləri idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 1,3 % azdır, kəmiyyət olaraq – 28,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 288 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 21 % çoxdur) 11,7 ton (+44 %), Belarusdan 121 min ABŞ dolları dəyərində (-49 %) 18,1 ton (-10 %), Çindən 28,35 min ABŞ dolları dəyərində 0,1 ton (bir il əvvəl tədarük olmayıb), İrandan 22 min ABŞ dolları dəyərində 5,5 ton, Finlandiyadan 12,7 min ABŞ dolları dəyərində 0,3 ton məhsul alıb.

Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İrandan və Finlandiyadan tədarük həyata keçirilib.