Azərbaycan iki ölkədən konteyner idxalını bərpa edib
- 13 may, 2023
- 09:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 243,44 min ABŞ dolları dəyərində 28 ədəd konteyner idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 3,1 dəfə çoxdur.
Azərbaycan Cənubi Afrika Respublikasından (CAR) 55,36 min ABŞ dolları dəyərində 3 ədəd, Almaniyadan 55,2 min ABŞ dolları dəyərində 3 ədəd (bir il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 50,89 min ABŞ dolları dəyərində 4 ədəd (bir il əvvəl tədarük olmayıb), Çindən 26,5 min ABŞ dolları dəyərində (-72 %) 14 ədəd (+2,3 dəfə), İrlandiyadan 18,44 min ABŞ dolları dəyərində 1 ədəd məhsul gətirib.
Azərbaycan 3 ilin tamamında CAR-dan və 1 il 6 aylıq aradan sonra İrlandiyadan konteyner tədarükünü bərpa edib.