Azərbaycan iki ölkədən avtokran tədarükünü bərpa edib
- 07 oktyabr, 2022
- 08:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 4,3 milyon ABŞ dolları dəyərində 32 ədəd avtokran gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 18,2 %, kəmiyyət olaraq – 3,2 % çoxdur.
Hesabat dövründə Çindən 3,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6,7 % çoxdur) 22 ədəd (-15 %), Rusiyadan 715 min ABŞ dolları dəyərində (+37 %) 6 ədəd (+20 %), İsveçdən 131 min ABŞ dolları dəyərində 2 ədəd (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 100 min ABŞ dolları dəyərində 1 ədəd və İspaniyadan 30 min ABŞ dolları dəyərində 1 ədəd avtokran idxal edilib.
Səkkiz il 2 ayın tamanında İspaniyadan, 1 il 4 aylıq fasilədən sonra Almaniyadan tədarük bərpa edilib.