Azərbaycan içkilər və sirkə idxalına çəkdiyi xərci 27 %-dək artırıb

Biznes
  • 29 yanvar, 2022
  • 11:58
Azərbaycan içkilər və sirkə idxalına çəkdiyi xərci 27 %-dək artırıb

Ötən il Azərbaycan 77,421 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 16,386 milyon ABŞ dolları (26,8 %) çoxdur.

Ötən il ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 14,629 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 2,566 milyon ABŞ dolları (21,2 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,66 %-ni, ixrac isə ümumi ixracın 0,07 %-ni təşkil edib.