Azərbaycan içki və sirkə ixracından gəlirini 6 dəfə artırıb

Biznes
  • 17 iyun, 2023
  • 10:33
Azərbaycan içki və sirkə ixracından gəlirini 6 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrdən 35,572 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 24,8 % çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə 27,698 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub. Bu 1 il əvvələ nisbətən 5,9 dəfə çoxdur.

Bu ilin 5 ayında alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,5 %-ni, ixrac isə ümumi ixracın 0,2 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.

5 aylıq xarici ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,5 %, idxal isə 33,2 % artıb.

Son nəticədə xarici ticarətdə 9 milyard 276 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 9,8 % azdır.

44 - Tezliklə