Azərbaycan içki və sirkə idxalına çəkdiyi xərci 3 %-ə yaxın artırıb
- 28 oktyabr, 2024
- 11:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 72,259 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 53,345 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 11,6 % çoxdur.
Alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,5 %-ni, ixrac isə ümumi ixracın 0,3 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,8 % azdır.
Xarici ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.
Son nəticədə xarici ticarətdə 5 milyard 212 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,7 dəfə azdır.