Azərbaycan içki ixracından gəlirlərini 7 dəfəyədək artırıb

Biznes
  • 24 mart, 2023
  • 08:42
Azərbaycan içki ixracından gəlirlərini 7 dəfəyədək artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 9,181 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içki, sirkə ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin iki aylıq göstəricisi ilə müqayisədə 6,6 dəfə çoxdur.

Bu ilin ilk iki ayı ərzində Azərbaycanın spirtli və spirtsiz içki və sirkə idxalının dəyəri isə 10,4 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 28,4 % çoxdur.

Hesabat dövründə içki və sirkə üzrə ixrac gəlirləri Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,2 %-ni, idxal xərcləri isə ümumi idxal xərclərinin 0,39 %-ni təşkil edib.