Azərbaycan içki idxalına çəkdiyi xərci 8 % artırıb
- 24 aprel, 2024
- 14:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 20 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 12,8 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 4,5 % azdır.
Alkoqollu və alkoqolsuz içkilər, sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,5 %-ni, ixrac isə ümumi ixracın 0,2 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,6 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,7 %, idxal isə 7,9 % azalıb.
Son nəticədə xarici ticarətdə 2 milyard 273 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 38,7% azdır.