Azərbaycan içki idxalına çəkdiyi xərci 21 %-ə yaxın artırıb
- 26 mart, 2024
- 08:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 12,519 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20,7 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 7,677 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 16,4 % azdır.
Alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,51 %-ni, ixrac isə ümumi ixracın 0,16 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 227 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,8 % çoxdur.
Ticarət dövriyyənin 4 milyard 780 milyon ABŞ dolları ixracın, 2 milyard 447 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,8 % artıb, idxal isə 7,7 % azalıb.