Azərbaycan içki idxalına çəkdiyi xərci 21% artırıb

Biznes
  • 23 oktyabr, 2021
  • 11:07
Azərbaycan içki idxalına çəkdiyi xərci 21% artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 58,7 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içki, sirkə idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon ABŞ dolları (20,5 %) çoxdur.

9 ay ərzində Azərbaycanın ixrac etdiyi içki və sirkənin dəyəri isə 10,575 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 1,5 milyon ABŞ dolları (16,4 %) çoxdur.

Hesabat dövründə içki və sirkə idxalına çəkilən xərclər ümumi idxal xərclərinin 0,7 %-ni, bu məhsulların ixracından gəlirlər isə ümumi ixrac gəlirlərinin 0,07 %-ni təşkil edib.