Azərbaycan I yarımildə Saratov və Samaradan 79 min ton məhsul idxal edib
- 12 iyul, 2022
- 10:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarısında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Saratov və Samara vilayətləri üzrə İdarəsi, xaricə ixrac olunan 340,9 min ton taxıl və ondan emal edilmiş məhsullara nəzarət edib.
"Report" bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, bilavasitə Saratov vilayətindən 157,4 min ton dənli və paxlalı bitkilər, o cümlədən 119,6 min ton taxıl emalı məhsulları ixrac edilib. Bölgədən Azərbaycana ərzaq buğdası, Belçika və Qazaxıstana zəfəran, İran, Qırğızıstan və Özbəkistana noxud, Latviya və Qazaxıstana taxıl emalı məhsulları göndərilib.
Tənzimlənən məhsulların ən böyük tədarükçüsü Latviyadır (84,1 min ton; qida). Onu Azərbaycan (70,6 min ton; buğda və qarğıdalı yemi partiyaları), Qazaxıstan (49,6 min ton; zəfəran, noxud və un) və Litva (22 min ton; qida və kətan toxumu) izləyib.
Hesabat dövründə Samara vilayətindən 18,3 min ton dənli və paxlalı bitkilər, o cümlədən 45,6 min ton taxıl emalı məhsulları ixrac edilib.
Bölgədən Latviya 29,8 min ton (günəbaxan unu), Qazaxıstan 12,5 min ton (buğda, günəbaxan unu, kəpək, un), Azərbaycan 8,4 min ton (buğda) və Litva 7,1 min ton (günəbaxan) məhsul idxal edib.