Azərbaycan Gürcüstanla iqtisadi əlaqələrin inkişafını müzakirə edib
- 11 iyul, 2025
- 13:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Gürcüstanla enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətlərini nəzərdən keçirdik və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdik. Birgə layihələrin ölkələrimiz və region üçün faydalarını vurğuladıq”,- deyə o qeyd edib.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. #Azərbaycan - #Gürcüstan #iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətlərini nəzərdən keçirdik və #enerji, nəqliyyat,… pic.twitter.com/izUd6xuqZY
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 11, 2025
***
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə dövlət başçılarının yüksək səviyyəli səfərləri vurğulanıb, dost və qardaş Gürcüstanla əməkdaşlığın bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etdiyi bildirilib.
Tərəfdaşlığın möhkəmləndirilməsi üçün ölkəmizin əlverişli biznes və investisiya mühiti qeyd olunub, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, əczaçılıq, İKT, enerji sahələrində uğurlu fəaliyyətdən bəhs edilib. Bu əməkdaşlığın həm ölkələrimiz üçün, həm də regional inkişaf üçün xüsusi əhəmiyyət daşıdığı nəzərə çatdırılıb.
M.Kvrivişvili Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi-ticarət əməkdaşlığının inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, birgə layihələrin önəmini diqqətə çatdırıb.
Tərəflər ikitərəfli iqtisadi əlaqələrin prioritet inkişaf istiqamətlərini nəzərdən keçirib və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.