Azərbaycan Gürcüstandan yük maşını idxalını artırıb

Biznes
  • 19 oktyabr, 2021
  • 13:03
Azərbaycan Gürcüstandan yük maşını idxalını artırıb

Bu ilin yanvar-sentyabrında Azərbaycan Gürcüstandan 11,5 milyon ABŞ dolları dəyərində 1 850 ədəd yük maşını idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, maşınların sayı illik müqayisədə 780 ədəd və yaxud 1,7 dəfə artıb.

9 ay ərzində qonşu ölkədən Azərbaycana ümumi dəyəri 756,76 min ABŞ dolları olan 65 ədəd traktor da ixrac olunub. Bu ötən ilin eyni dövrünə nisbətdə 17 ədəd çoxdur.

44 - Tezliklə