Azərbaycan Gürcüstana qarpız ixracını kəskin artırıb

Biznes
  • 16 avqust, 2024
  • 13:01
Azərbaycan Gürcüstana qarpız ixracını kəskin artırıb

Bu ilin I yarısında Azərbaycan 2,7 milyon ABŞ dolları dəyərində 5 min 702 ton qarpız ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 24 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyaya 1,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 39 % azdır) 3 min 404 ton (-33 %), Ukraynaya 496 min ABŞ dolları dəyərində (+3,3 %) 1 min 145 ton (-31 %), Gürcüstana 253 min ABŞ dolları dəyərində (+6 dəfə) 843 ton (+6 dəfə), Belarusa 101,5 min ABŞ dolları dəyərində (+35 %) 308,4 ton (+7,3 %), Səudiyyə Ərəbistanına 13,5 min ABŞ dolları dəyərində 1,3 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

2023-cü ildə Azərbaycandan 8 ölkəyə ixrac edilmiş 12 min 210 ton qarpızın 42,5 %-i Rusiyanın, 28 %-i Ukraynanın, 21 %-i Gürcüstanın payına düşüb.

44 - Tezliklə