Azərbaycan Gürcüstana pomidor ixracını 11 dəfə artırıb
- 10 aprel, 2025
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 14,7 milyon ABŞ dolları dəyərində 13 min ton pomidor ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 % azdır, kəmiyyət olaraq – 10 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 13,1 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 16 % azdır) 11 970 ton (+5 %), Belarusa 997 min ABŞ dolları dəyərində (+36 %) 520 ton (+69 %), Polşaya 461 min ABŞ dolları dəyərində (-16 %) 327 ton (+2,3 dəfə), Gürcüstana 146 min ABŞ dolları dəyərində (+10 dəfə) 223 ton (+11 dəfə), Səudiyyə Ərəbistanına 6,9 min ABŞ dolları dəyərində 0,5 ton məhsul satıb.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 145,6 min ton pomidorun 97,4 %-i Rusiyanın payına düşüb.