Azərbaycan Gürcüstana pendir tədarükünü bərpa edib

Biznes
  • 23 iyul, 2024
  • 12:50
Azərbaycan Gürcüstana pendir tədarükünü bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycan 12 milyon ABŞ dolları dəyərində 2 min 989 ton pendir idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq – 19 % çoxdur.

Azərbaycan Litvadan 2,71 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 64 % çoxdur) 539 ton (+84 %), İrandan 1,97 milyon ABŞ dolları dəyərində (+10 %) 1 min ton (+7 %), Belarusdan 1,54 milyon ABŞ dolları dəyərində (+51 %) 299 ton (+86 %), Rusiyadan 1,17 min ABŞ dolları dəyərində (+58 %) 280 ton (+92 %), Almaniyadan 946 min ABŞ dolları dəyərində (-27 %) 181 ton (-18 %) pendir alıb.

Hesabat dövründə Azərbaycan 1,85 milyon ABŞ dolları dəyərində (-15 %) 216,42 ton (-22 %) pendir ixrac edib.

Azərbaycan Rusiyaya 1,84 min ABŞ dolları dəyərində (-15,2 %) 215,26 ton (-16,3 %) və Gürcüstana 5,85 min ABŞ dolları dəyərində 1,16 ton məhsul satıb.

Azərbaycan 7 il 7 aylıq fasilənin ardından Gürcüstana pendir tədarükünü bərpa edib.