Azərbaycan Gürcüstana noxud ixracını bərpa edib

Biznes
  • 13 mart, 2025
  • 10:33
 Azərbaycan Gürcüstana noxud ixracını bərpa edib

Ötən il Azərbaycan 1 milyon ABŞ dolları dəyərində 1 471 ton qurudulmuş noxud ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 11 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 667,5 min ABŞ dolları (bir il əvvəlki göstəricidən 0,1 % azdır) dəyərində 1 075 ton (+3 %), Özbəkistana 323 min ABŞ dolları dəyərində (+62 %) 373 ton (+43 %), Türkiyəyə 21,1 min ABŞ dolları dəyərində (-1,5 %) 19,7 ton (-1,5 %), Gürcüstana 3,23 min ABŞ dolları dəyərində 2,5 ton, Birləşmiş Ərəb Əmirliklərinə 0,22 min ABŞ dolları dəyərində (+16 %) 0,1 ton (+43 %) noxud satıb.

Azərbaycan 4 il 6 ayın tamamında Gürcüstana noxud tədarükünü bərpa edib.

2023-cü ildə Azərbaycandan 5 ölkəyə ixrac edilmiş 1 min 325 ton noxudun 78,9 %-i Rusiyanın payına düşüb.