Azərbaycan gübrə ixracını 73 %-ə yaxın artırıb

Biznes
  • 17 avqust, 2024
  • 07:47
Azərbaycan gübrə ixracını 73 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 46,554 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 62,590 milyon ABŞ dolları dəyərində gübrə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 72,6 % çoxdur.

Gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,43 %-ni, ixrac isə ümumi ixracın 0,39 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,3 % azdır.

Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 306 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,1 dəfə azdır.

44 - Tezliklə