Azərbaycan gübrə idxalını 6 dəfədən çox azaldıb

Biznes
  • 20 mart, 2022
  • 08:53
Azərbaycan gübrə idxalını 6 dəfədən çox azaldıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 8 min 905 ton gübrə idxal edilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə gübrələrin dəyəri 5 milyon 028 min ABŞ dolları təşkil edib.

Bu, 2021-ci ilin iki aylıq dövrü ilə müqayisədə müvafiq olaraq 48 min 109 ton (6,4 dəfə) yaxud da 8 milyon 023 min ABŞ dolları (2,6 dəfə) ton azdır.

Hesabat dövründə gübrə idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,25 %-ini təşkil edib.

44 - Tezliklə