Azərbaycan gübrə idxalına çəkdiyi xərci 4 % azaldıb
- 17 oktyabr, 2023
- 09:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 56,2 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % azdır.
9 ay ərzində Azərbaycanın gübrə ixracının dəyəri isə 51,05 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 3,2 dəfə azdır.
Hesabat dövründə gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,45 %-ni, ixrac gəlirləri isə ölkənin ümumi ixrac üzrə qazancının 0,2 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,8 % azdır.
9 aylıq xarici ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 10,3 % azalıb, idxal isə 22,5 % artıb.
Son nəticədə xarici ticarətdə 13 milyard 875 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 27,8% azdır.