Azərbaycan ət idxalına çəkdiyi xərci 49 % artırıb

Biznes
  • 31 dekabr, 2024
  • 14:00
Azərbaycan ət idxalına çəkdiyi xərci 49 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 53,3 min ton ət idxal edilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə ətin dəyəri 117 milyon ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 15,05 min ton (39,3 %), dəyər baxımından isə 38,4 milyon ABŞ dollar (48,9 %) çoxdur.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.

44 - Tezliklə