Azərbaycan əsas tədarük bazarlarından birindən krevet alışını 24 dəfə artırıb
- 28 aprel, 2023
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 336,5 min ABŞ dolları dəyərində 44,98 ton dəniz kreveti gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 47,4 %, kəmiyyət olaraq – 50 % çoxdur.
Hesabat dövründə Azərbaycan Hindistandan 189,22 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 dəfə çoxdur) 20,66 ton (+24 dəfə), Çindən 115,35 min ABŞ dolları dəyərində (-30,8 %) 21,55 ton (-1,1 %), Lüksemburqdan 18,03 min ABŞ dolları dəyərində (+54 %) 1,1 ton (+59,4 %), Banqladeşdən 6,9 min ABŞ dolları dəyərində 0,38 ton (bir il əvvəl tədarük olmayıb), İrandan 1,2 min ABŞ dolları dəyərində (-93,5 %) 0,2 ton (-93,3 %) məhsul alıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilən 325 ton krevetin 46,8 %-i Çinin, 21,5 %-i Hindistanın, 8,3 %-i Qrenlandiyanın payına düşüb.