Azərbaycan əsas tədarük bazarından pendir idxalını 2 dəfədən çox artırıb
- 08 aprel, 2025
- 17:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 1,8 milyon ABŞ dolları dəyərində 565 ton pendir idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 5 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 587,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 80 % çoxdur) 348,2 ton (+2,2 dəfə), Belarusdan 197,2 min ABŞ dolları dəyərində (+12 %) 35,7 ton (+9 %), Ukraynadan 176,2 min ABŞ dolları dəyərində (+6 %) 29,3 ton (-12 %), Almaniyadan 169 min ABŞ dolları dəyərində (-3 %) 29,5 ton (-3 %), Litvadan 157 min ABŞ dolları dəyərində (-76 %) 31,2 ton (-76 %) pendir alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 7 820 ton pendirin 42,6 %-i İranın, 13,4 %-i Litvanın, 9 %-i Belarusun payına düşüb.