Azərbaycan əsas tədarük bazarından kərə yağı tədarükünü artırıb
- 25 oktyabr, 2022
- 11:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricdən 68,1 milyon ABŞ dolları dəyərində 12 min 027 ton kərə yağı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 45,8 %, kəmiyyət olaraq – 30,2 % çoxdur.
Yeni Zelandiyadan 31,25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 44,2 % çoxdur) 4 min 885 ton (+10,6 %), İrandan 16,9 milyon ABŞ dolları dəyərində (+37 dəfə) 3 min 890 ton (+35 dəfə), Ukraynadan 5,5 milyon ABŞ dolları dəyərində (-46 %) 885,9 ton (-55,4 %), Finlandiyadan 3,9 milyon ABŞ dolları dəyərində (+44 %) 702,1 ton (+46,3 %), Belarusdan 3,1 milyon ABŞ dolları dəyərində (-45 %) 481 ton (-56 %) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycan 3 milyon ABŞ dolları dəyərində (+198 dəfə) 235 ton (+178 dəfə) kərə yağı ixrac edib. Azərbaycan bu məhsulu ancaq Rusiyaya satıb (bir il əvvəl tədarük olmayıb).
Ötən il Azərbaycanın xaricdən (17 ölkədən) aldığı 13,7 min ton kərə yağının 45 %-i Yeni Zelandiyanın payına düşüb.