Azərbaycan əsas tədarük bazarından avtomobil idxalını kəskin artırıb
- 05 aprel, 2023
- 13:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ilk ayında Azərbaycana xaricdən 65,4 milyon ABŞ dolları dəyərində 5 min 400 ədəd minik avtomobili (benzin və dizel mühərrikli) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 71 %, kəmiyyət olaraq – 32 % çoxdur.
Hesabat dövründə Koreyadan 15,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 1 min 705 ədəd (+74 %), Almaniyadan 12 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 1 min 121 ədəd (+58,3 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 7,7 milyon ABŞ dolları dəyərində (+44 %) 484 ədəd (-26 %), Yaponiyadan 7,3 milyon ABŞ dolları dəyərində (+68 %) 503 ədəd (+2,1 dəfə), Böyük Britaniyadan 6,7 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 214 ədəd (+25 %) avtomobil gətirilib.
2022-ci ildə ölkəyə idxal edilən (33 ölkədən) 56 min 771 ədəd minik avtomobilinin 26,4 %-i Koreyanın, 20,3 %-i Türkiyənin, 11,1 %-i Yaponiyanın, 10,6 %-i ABŞ-ın payına düşüb.