Azərbaycan əsas satış bazarına polipropilen ixracını kəskin artırıb
- 17 noyabr, 2023
- 13:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 90 milyon ABŞ dolları dəyərində 81 min 870 ton polipropilen ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 56 % çoxdur.
Azərbaycan Rusiyaya 57 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 64 % çoxdur) 46 min 721 ton (+2,1 dəfə), Türkiyəyə 30 milyon ABŞ dolları dəyərində (+2,6 %) 33 min ton (+31 %), Gürcüstana 900 min ABŞ dolları dəyərində 968 ton (bir il əvvəl tədarük olmayıb), İrana 678 min ABŞ dolları dəyərində (+2 dəfə) 455 ton (+2,6 dəfə), Özbəkistana 549 min ABŞ dolları dəyərində 435 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.
Hesabat dövründə Azərbaycan 15 milyon ABŞ dolları dəyərində (+10 %) 10 min 978 ton (+33 %) polipropilen idxal edib.
Azərbaycan Koreyadan 7,4 milyon ABŞ dolları dəyərində (+3 %) 5 min 237 ton (+39 %), Səudiyyə Ərəbistanından 4,9 milyon ABŞ dolları dəyərində (+45 %) 3 min 676 ton (+66 %), Türkmənistandan 1 milyon ABŞ dolları dəyərində (-3,3 %) 800 ton (-1,2 %), Rusiyadan 1 milyon ABŞ dolları dəyərində (+6 dəfə) 860 ton (+10,5 dəfə), İrandan 364 min ABŞ dolları dəyərində (-79 %) 266 ton (-80 %) məhsul alıb.
2022-ci ildə Azərbaycandan (9 ölkəyə) ixrac edilmiş 70 min 567 ton polipropilenin 51,8 %-i Rusiyanın, 39,8 %-i Türkiyənin payına düşüb.