Azərbaycan əsas satış bazarına alma şirəsi ixracını kəskin artırıb

Biznes
  • 28 iyul, 2023
  • 12:40
Azərbaycan əsas satış bazarına alma şirəsi ixracını kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 2,5 milyon ABŞ dolları dəyərində 1 min 787 ton alma şirəsi ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,6 dəfə, kəmiyyət olaraq – 2,1 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 2,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,5 dəfə çoxdur) 1 min 682 ton (+4,5 dəfə), Gürcüstana 60,75 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 45 ton (+2,3 dəfə), Qazaxıstana 31 min ABŞ dolları dəyərində 20 ton (1 il 9 aydan sonra bərpa edilib), Malayziyaya 17,1 min ABŞ dolları dəyərində (+42 %) 22,7 ton (+10 %), Səudiyyə Ərəbistanına 9,6 min ABŞ dolları dəyərində 10,4 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

2022-ci ildə Azərbaycandan (12 ölkəyə) ixrac edilmiş 2 min 107 ton alma şirəsinin 70,4 %-i Rusiyanın payına düşüb.