Azərbaycan əczaçılıq məhsullarının ixracından qazancını 71 dəfə artırıb

Biznes
  • 15 fevral, 2023
  • 12:50
Azərbaycan əczaçılıq məhsullarının ixracından qazancını 71 dəfə artırıb

Bu ilin yanvar ayında Azərbaycan 71,4 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 52,6 % çoxdur.

Yanvarda Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri isə 10,715 milyon ABŞ dolları olub ki, bu da əvvəlki ilə nisbətən 71 dəfə çoxdur.

Hesabat dövründə əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 5,05 %-ni, ixrac isə ümumi ixracın 0,57 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2022-ci ilin eyni dövrünə nisbətən 19 % azdır. İllik xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 39,2 % az, idxal isə 44,9 % artıb.

44 - Tezliklə