Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini kəskin artırıb

Biznes
  • 15 avqust, 2023
  • 12:59
Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 362,024 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % azdır.

Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri isə 13,691 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 8,4 dəfə çoxdur.

Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3,8 %-ni, ixrac isə ümumi ixracın 0,1 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 333 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,9 % çoxdur.

7 aylıq xarici ticarət dövriyyəsinin 20 milyard 777 milyon ABŞ dolları ixracın, 9 milyard 556 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,9 % azalıb, idxal isə 27,5 % artıb.

Son nəticədə xarici ticarətdə 11 milyard 220 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 25,6 % azdır.

44 filmi