Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini kəskin artırıb

Biznes
  • 15 sentyabr, 2023
  • 11:59
Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 401,483 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 % azdır.

Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri isə 14,233 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 7,5 dəfə çoxdur.

Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3,6 %-ni, ixrac isə ümumi ixracın 0,06 %-ni təşkil edib.

Xatırladaq ki, yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 35 milyard 505 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 % çoxdur.

8 aylıq xarici ticarət dövriyyəsinin 24 milyard 355 milyon ABŞ dolları ixracın, 11 milyard 151 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,2 % azalıb, idxal isə 25,7 % artıb.

Son nəticədə xarici ticarətdə 13 milyard 204 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 24 % azdır.

44 filmi