Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci təxminən 25 % azaldıb

Biznes
  • 18 iyun, 2024
  • 06:21
Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci təxminən 25 % azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 217,089 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,8 % azdır.

Hesabat dövründə Azərbaycan həmçinin 2,099 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 5,9 dəfə azdır.

Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,97 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.

Xatırladaq ki, 5 ayda Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 19,7 % azdır.

Ticarət dövriyyənin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % artıb.

44 filmi