Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci cüzi azaldıb
- 24 may, 2025
- 16:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 166,804 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 % azdır.
Hesabat dövründə Azərbaycan həmçinin 1,481 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 26,9 % azdır.
Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,05 %-ni, ixrac isə ümumi ixracın 0,02 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2024-cü ilin eyni dövrünə nisbətən 24,1 % çoxdur. Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.