Azərbaycan Dünya Bankının gender bərabərliyi ilə bağlı indeksində 35 pillə irəliləyib

Biznes
  • 06 mart, 2024
  • 15:16
Azərbaycan Dünya Bankının gender bərabərliyi ilə bağlı indeksində 35 pillə irəliləyib

Azərbaycan Dünya Bankının “Qadınlar, Biznes və Qanun” indeksində 35 pillə irəliyərək 190 ölkə arasında 69-cu yerdə qərarlaşıb.

“Report” xəbər verir ki, bu barədə bankın “Qadınlar, Biznes və Qanun” illik hesabatında bildirilib. İndeksdə Azərbaycanın ümumi qiymətləndirilməsi 6,2 bənd artaraq 85 bal təşkil edib.

Azərbaycan, İordaniya, Malayziya, Oman, Sierra Leone və Özbəkistan bu dövr ərzində bərabər dəyəri olan iş üçün bərabər ödəniş tələb edən və ya qadınların sənaye və ya təhlükəli işlərdə işləmək qabiliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün 10 islahat həyata keçirilib.

"Bu islahatdan əvvəl qadının nəqliyyat sektorundan kənd təsərrüfatına, enerji sektoruna qədər 674 işdə işləməsi qanunla məhdudlaşdırılmışdı. Keçmiş Sovet İttifaqından miras qalmış bu iş məhdudiyyətləri qadınların qatar mühəndisi, avtobus sürücüsü və potensial təhlükəli və ağır hesab edilən digər işlərdə işləməsinə mane olurdu. Həmçinin sənaye işlərində çalışan qadına qoyulan məhdudiyyətlər aradan qaldırıldı və indi bərabər imkanlara mane ola biləcək işəgötürənlər tərəfindən gender əsaslı ayrı-seçkiliyi açıq şəkildə qadağan edir", - hesabatda deyilir.

Dünya Bankı bildirir ki, Azərbaycan, Özbəkistan, Ermənistan, Kipr və Moldovada gender bərabərliyinin gücləndirilməsi istiqamətində 9 islahat həyata keçirib.

Ümumilikdə dünya ölkələri 10 göstərici üzrə (təhlükəsizlik, mobillik, iş yeri, əməyin ödənilməsi, nikah, valideynlik, uşaq baxımı, sahibkarlıq, aktivlər və pensiya) qiymətləndirilib.

“Ötən il Azərbaycan əməyin ödənilməsi, valideyn hüquqları və iş yerinin müdafiəsi sahəsində ciddi irəliləyişlər həyata keçirib", - hesabatda deyilir.