Azərbaycan Danimarkaya elektrik naqillərin ixracını bərpa edib
- 27 may, 2025
- 17:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Azərbaycan 1,4 milyon ABŞ dolları dəyərində 414 ton elektrik naqili (1 000 V-dan çox olmayan/çox gərginlik üçün) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 51 %, kəmiyyət olaraq – 52 % azdır.
Hesabat dövründə Azərbaycan Gürcüstana 761 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 36 % azdır) 244 ton (-34 %), Fələstinə 485 min ABŞ dolları dəyərində (+86 %) 148 ton (+56 %), Ukraynaya 87 min ABŞ dolları dəyərində (-93 %) 16,85 ton (-95 %), İrana 69 min ABŞ dolları dəyərində 1,7 ton (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarına 27 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,02 ton (-95 %) məhsul satıb.
Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Danimarkaya (21 min ABŞ dolları dəyərində 1,8 ton) elektrik naqillərin tədarükünü bərpa edib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 3 553 ton elektrik naqilin 49 %-i Gürcüstanın, 27 %-i Ukraynanın payına düşüb.