Azərbaycan daha iki ölkəyə gavalı və göyəm ixrac etməyə başlayıb
- 17 fevral, 2024
- 10:42
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 4,6 milyon ABŞ dolları dəyərində 6 min 955 ton gavalı və göyəm ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 8,3 %, kəmiyyət olaraq – 36 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 4,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5,7 % çoxdur) 6 min 605 ton (+33 %), Qazaxıstana 158 min ABŞ dolları dəyərində (+5,4 dəfə) 290 ton (+4 dəfə), Ukraynaya 20 min ABŞ dolları dəyərində 36,4 ton (bir il əvvəl tədarük olmayıb), Belarusa 19,1 min ABŞ dolları dəyərində (-73 %) 11,8 ton (-71 %), Səudiyyə Ərəbistanına 11,1 min ABŞ dolları dəyərində 0,7 ton məhsul satıb.
Ötən il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistana (1 min ABŞ dolları dəyərində 2,3 ton) və Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.
2022-ci ildə Azərbaycandan (4 ölkəyə) ixrac edilmiş 5,1 min ton gavalı və göyəmin 97,7 %-i Rusiyanın payına düşüb.