Azərbaycan daha iki ölkədən sarıkök idxal etməyə başlayıb
- 22 dekabr, 2022
- 13:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 603 min ABŞ dolları dəyərində 454,5 ton sarıkök idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 10 % çoxdur.
Hesabat dövründə İrandan 291 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 41 % çoxdur) 238,7 ton (+40 %), Hindistandan 270 min ABŞ dolları dəyərində (-5,6 %) 209,85 ton (-8,3 %), Türkiyədən 40 min ABŞ dolları dəyərində (+3,7 %) 5,4 ton (-7,2 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 0,8 min ABŞ dolları dəyərində 0,6 ton, İspaniyadan 0,5 min ABŞ dolları dəyərində 0,03 ton, İtaliyadan 0,1 min ABŞ dolları dəyərində (+80 %) 0,01 ton (dəyişməyib) və Lüksemburqdan 0,01 min ABŞ dolları dəyərində 0,01 ton məhsul alınıb.
İki il 4 aylıq fasilənin ardından BƏƏ-dən idxal bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İspaniya və Lüksemburqdan tədarük həyata keçirilib.
Azərbaycanın ötən il idxal etdiyi (7 ölkədən) 510 ton sarıkökün 56,5 %-i Hindistanın, 40,4 %-i İranın payına düşüb.