Azərbaycan daha iki ölkədən qızıl tədarük etməyə başlayıb
- 17 mart, 2025
- 11:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan 690 milyon ABŞ dolları dəyərində 7 950 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.
“Report” Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bir il əvvəl ölkəyə bu adda məhsul tədarük olunmayıb.
Hesabat dövründə Azərbaycan Avstraliyadan 226,2 milyon ABŞ dolları dəyərində 2 667 kiloqram (1 il əvvəl tədarük olmayıb), Meksikadan 174,7 milyon ABŞ dolları dəyərində 2 007 kiloqram (1 il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 100,35 milyon ABŞ dolları dəyərində 1 136 kiloqram (1 il əvvəl tədarük olmayıb), Rusiyadan 87,9 milyon ABŞ dolları dəyərində 995 kiloqram (bir il əvvəl tədarük olmayıb), Çindən 42,9 milyon ABŞ dolları dəyərində 486 kiloqram, Braziliyadan 28,6 milyon ABŞ dolları dəyərində 324 kiloqram (5 illik aradan sonra bərpa edilib), Amerika Birləşmiş Ştatlarından 22,7 milyon ABŞ dolları dəyərində 261 kiloqram (bir il əvvəl tədarük olmayıb), İspaniyadan 4,25 milyon ABŞ dolları dəyərində 48 kiloqram, Kanadadan 1,1 milyon ABŞ dolları dəyərində 13 kiloqram (bir il əvvəl tədarük olmayıb) və İsveçrədən 1,1 milyon ABŞ dolları dəyərində 12,6 kiloqram (bir il əvvəl tədarük olmayıb) qızıl alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çindən və İspaniyadan tədarük həyata keçirilib.