Azərbaycan daha iki ölkədən at tədarük etməyə başlayıb
- 25 iyun, 2025
- 14:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 67,4 min ABŞ dolları dəyərində 10 ədəd diri at (safqanlı cins, ətlik və digərləri) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 dəfə, kəmiyyət olaraq – 3 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rumıniyadan 56,6 min ABŞ dolları dəyərində 2 ədəd, Rusiyadan 8,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 50 % çox) 6 ədəd (+2 dəfə), Niderlanddan 1,5 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb) və Portuqaliyadan 1,3 min ABŞ dolları dəyərində 1 ədəd at alıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rumıniya və Portuqaliyadan tədarük həyata keçirilib.