Azərbaycan daha bir ölkəyə üzüm tədarük etməyə başlayıb

Biznes
  • 09 aprel, 2025
  • 17:58
Azərbaycan daha bir ölkəyə üzüm tədarük etməyə başlayıb

Bu ilin yanvar ayında Azərbaycan 135,8 min ABŞ dolları dəyərində 173,65 ton üzüm (təzə) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8,8 %, kəmiyyət olaraq – 18,6 % çoxdur.

Hesabat dövründə Rusiyaya 135,3 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 8,4 % çoxdur) 173,62 ton (+18,6 %) və Səudiyyə Ərəbistanına 0,5 min ABŞ dolları dəyərində 0,03 ton məhsul göndərilib.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.

2024-cü ildə Azərbaycandan ixrac edilmiş 6,7 min ton üzümün 91 %-i Rusiyanın payına düşüb.

44 - Tezliklə