Azərbaycan daha bir ölkəyə kosmetik vasitə ixrac etməyə başlayıb

Biznes
  • 11 aprel, 2023
  • 05:48
Azərbaycan daha bir ölkəyə kosmetik vasitə ixrac etməyə başlayıb

Bu ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 3,2 milyon ABŞ dolları dəyərində 210 ton kosmetik vasitə (dodaqların, gözlərin makiyajı üçün, manikür və pedikür vasitələri, pudra, kompakt pudra, dəriyə qulluq vasitələri və digər) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 16 % çoxdur.

Azərbaycan Koreyadan 586 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 10 ton (+3,5 dəfə), Rusiyadan 444 min ABŞ dolları dəyərində (+36 %) 45,5 ton (+42 %), Türkiyədən 411 min ABŞ dolları dəyərində (+2 dəfə) 47 ton (+31 %), Polşadan 364 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 37,5 ton (+4,7 dəfə), İtaliyadan 344 min ABŞ dolları dəyərində (+28,3 %) 5 ton (+21,4 %) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan xaricə 33,1 min ABŞ dolları dəyərində (+6 dəfə) 5,42 ton (+3,8 dəfə) kosmetik vasitə göndərilib.

Rusiyaya 16,7 min ABŞ dolları dəyərində (+7 dəfə) 4,3 ton (+3,6 dəfə), Çinə 6,7 min ABŞ dolları dəyərində 0,08 ton, Rusiyaya 5 min ABŞ dolları dəyərində 0,5 ton (bir il əvvəl tədarük olmayıb), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 4,12 min ABŞ dolları dəyərində (+40 %) 0,37 ton (+61 %), Böyük Britaniyaya 0,63 min ABŞ dolları dəyərində 0,23 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çinə tədarük həyata keçirilib.

44 - Tezliklə