Azərbaycan daha bir ölkəyə kivi satmağa başlayıb

Biznes
  • 13 mart, 2025
  • 14:37
Azərbaycan daha bir ölkəyə kivi satmağa başlayıb

2024-cü ildə Azərbaycan 2,75 milyon ABŞ dolları dəyərində 3 799 ton kivi idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 4 %, kəmiyyət olaraq – 6 % azdır.

Azərbaycan İrandan 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 3 729 ton (-7 %), Çilidən 78,8 min ABŞ dolları dəyərində (+88 %) 56 ton (+87 %), Çindən 33,2 min ABŞ dolları dəyərində (+28 %) 11 ton (+57 %), İtaliyadan 9,8 min ABŞ dolları dəyərində (+62 %) 1,2 ton (-23 %), Yeni Zelandiyadan 6,2 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 0,8 ton (+2,5 dəfə) məhsul alıb.

Hesabat dövründə Azərbaycan 359 min ABŞ dolları dəyərində (-25 %) 477,8 ton (+12,5 %) kivi ixrac edib.

Rusiyaya 315,6 min ABŞ dolları dəyərində (-28 %) 419,9 ton (+14 %) və Qazaxıstana 43,4 min ABŞ dolları dəyərində 57,9 ton məhsul satılıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstana tədarük həyata keçirilib.