Azərbaycan daha bir ölkəyə gül kələmi və brokkoli satmağa başlayıb
- 13 avqust, 2025
- 14:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycana 30,4 min ABŞ dolları dəyərində 24 ton gül kələmi və brokkoli ixrac edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6 dəfə çoxdur, kəmiyyət olaraq – 3,3 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyaya 15,7 min ABŞ dolları dəyərində 22,4 ton (bir il əvvəl tədarük olmayıb), Səudiyyə Ərəbistanına 13,95 min ABŞ dolları dəyərində 0,9 ton (bir il əvvəl tədarük olmayıb) və Belarusa 0,8 min ABŞ dolları dəyərində 0,7 ton məhsul satıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belarusa tədarük həyata keçirilib.
2024-cü ildə Azərbaycandan ixrac edilmiş 25,2 ton gül kələmi və brokkolinin 98,4 %-i Gürcüstanın payına düşüb.