Azərbaycan daha bir ölkəyə gil ixrac etməyə başlayıb

Biznes
  • 11 mart, 2025
  • 11:06
Azərbaycan daha bir ölkəyə gil ixrac etməyə başlayıb

2024-cü ildə Azərbaycandan xarici ölkələrə 17,9 milyon ABŞ dolları dəyərində 225 735 ton gil (bentonit, digər gillər) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 28 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 15,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38 % çoxdur) 214 074 ton (+37 %), Yaponiyaya 1,2 milyon ABŞ dolları dəyərində (-42 %) 4 032 ton (-47 %), Belarusa 821 min ABŞ dolları dəyərində (+13 %) 4 310 ton (+7 %), Polşaya 101 min ABŞ dolları dəyərində (-63 %) 2 128 ton (-67 %), Almaniyaya 46 min ABŞ dolları dəyərində (-50 %) 1 008 ton (-50 %) məhsul satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Hindistana tədarük (24 min ABŞ dolları dəyərində 168 ton) həyata keçirilib.