Azərbaycan daha bir ölkəyə armud tədarük etməyə başlayıb

Biznes
  • 07 iyul, 2023
  • 12:12
Azərbaycan daha bir ölkəyə armud tədarük etməyə başlayıb

Bu ilin ilk 4 ayında Azərbaycan 1,1 milyon ABŞ dolları dəyərində 1 min 241 ton armud idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8,6 %, kəmiyyət olaraq – 10 % azdır.

Azərbaycan Belçikadan 881 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2 % çoxdur) 955 ton (-0,6 %), Türkiyədən 107,7 min ABŞ dolları dəyərində (-32 %) 119,7 ton (-32,6 %), Niderlanddan 85,7 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 95,2 ton (+2,4 dəfə), Cənubi Afrikadan 62,8 min ABŞ dolları dəyərində (+15 %) 69,8 ton (+13 %) və Gürcüstandan 1,1 min ABŞ dolları dəyərində 1,2 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 866 min ABŞ dolları dəyərində (+44 %) 1 min 314 ton (+70 %) armud göndərilib.

Azərbaycan Rusiyaya 841,3 min ABŞ dolları dəyərində (-25 %) 1 min 257 ton (-10,4 %), Qazaxıstana 22,6 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 56,3 ton (+2,4 dəfə), Səudiyyə Ərəbistanına 1,9 min ABŞ dolları dəyərində 0,5 ton, Birləşmiş Ərəb Əmirliklərinə 0,1 min ABŞ dolları dəyərində 0,05 ton (bir il əvvəl tədarük olmayıb) və Qətərə 0,1 min ABŞ dolları dəyərində 0,05 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanına tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycandan (5 ölkəyə) ixrac edilmiş 4 min ton armudun 97,39 %-i Rusiyanın, 2,57 %-i Qazaxıstanın payına düşüb.