Azərbaycan daha bir ölkədən yulaf toxumu almağa başlayıb

Biznes
  • 15 oktyabr, 2022
  • 12:45
Azərbaycan daha bir ölkədən yulaf toxumu almağa başlayıb

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən 193,43 min ABŞ dolları dəyərində 70,52 ton əkin üçün yulaf toxumu alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,5 %, kəmiyyət olaraq – 1,4 % çoxdur.

Hesabat dövründə Danimarkadan 152,37 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % azdır) 56,58 ton (-16,7 %), Niderlanddan 31,89 min ABŞ dolları dəyərində 12,12 ton və Kanadadan 9,16 min ABŞ dolları dəyərində 1,82 ton toxum gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Niderlanddan tədarük həyata keçirilib. Səkkiz il 3 ayın tamamında Kanadadan idxal bərpa edilib.