Azərbaycan daha bir ölkədən yoğurt tədarük etməyə başlayıb
- 01 iyun, 2024
- 12:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan 1 milyon ABŞ dolları dəyərində 601 ton yoğurt idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 20 % azdır.
Hesabat dövründə Azərbaycan Qazaxıstandan 455,32 min ABŞ dolları dəyərində 262 ton (bir il əvvəl tədarük olmayıb), Belarusdan 320 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10 % çoxdur) 214 ton (+27 %), Rusiyadan 160 min ABŞ dolları dəyərində (-78 %) 82,3 ton (-83 %), Latviyadan 43,31 min ABŞ dolları dəyərində (+48 %) 22,1 ton (+57 %), İrandan 17 min ABŞ dolları dəyərində 15 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə Çindən (0,05 min ABŞ dolları dəyərində 0,01 ton) olaraq tədarük həyata keçirilib.