Azərbaycan daha bir ölkədən xiyar və kornişon idxal etməyə başlayıb

Biznes
  • 11 avqust, 2025
  • 09:47
Azərbaycan daha bir ölkədən xiyar və kornişon idxal etməyə başlayıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 824,1 min ABŞ dolları dəyərində 915,3 ton xiyar və kornişon (təzə və ya soyudulmuş) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 1 %, kəmiyyət olaraq – 10 % azdır.

Azərbaycan Rusiyaya 792,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 1 % az) 901,8 ton (-10 %), Səudiyyə Ərəbistanına 21,8 min ABŞ dolları dəyərində (-8 %) 1,25 ton (-37 %), Gürcüstana 10 min ABŞ dolları dəyərində 12,2 ton (bir il əvvəl tədarük olmayıb) və Birləşmiş Ərəb Əmirliklərinə 0,01 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satıb.

Hesabat dövründə Azərbaycana xarici ölkələrdən 1,2 milyon ABŞ dolları dəyərində (-16 %) 2 min 151,4 ton (-16 %) xiyar gətirilib.

Azərbaycan İrandan 1,18 milyon ABŞ dolları dəyərində (-16,1 %) 2 min 150,7 ton (-16 %) və Türkmənistandan 0,7 min ABŞ dolları dəyərində 0,6 ton məhsul alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistandan tədarük həyata keçirilib.

44 filmi