Azərbaycan daha bir ölkədən üzüm şirəsi almağa başlayıb

Biznes
  • 18 fevral, 2025
  • 06:23
Azərbaycan daha bir ölkədən üzüm şirəsi almağa başlayıb

2024-cü ildə Azərbaycan 38 min ABŞ dolları dəyərində 18,2 ton üzüm şirəsi idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü illə müqayisədə dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 74 % azdır.

Azərbaycan İtaliyadan 26 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 75 % azdır) 12 ton (-76 %), İsraildən 10,8 min ABŞ dolları dəyərində (-68 %) 4,5 ton (-68 %), Türkmənistandan 0,8 min ABŞ dolları dəyərində 1,55 ton, Türkiyədən 0,3 min ABŞ dolları dəyərində 0,03 ton (2 il 7 aydan sonra tədarük bərpa edilib) və Almaniyadan 0,1 min ABŞ dolları dəyərində (-76 %) 0,03 ton (-75 %) üzüm şirəsi alıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistandan tədarük həyata keçirilib.

44 - Tezliklə